Bu şəhərdə kimsəsizlərin saçlarını qırxdılar - VİDEO

01 Mart 2015
1 191
0
Bu şəhərdə kimsəsizlərin saçlarını qırxdılar - VİDEO
Bu şəhərdə kimsəsizlərin saçlarını qırxdılar - VİDEO

Amerika Birləşmiş Ştatlarının Los-Anceles şəhərində fəaliyyət göstərən xeyriyyə təşkilatlarından birinin start verdiyi kampaniya hər kəsin marağına səbəb olub
. Tüfeyli həyat tərzi sürən şəxslər üçün nəzərdə tutulan layihəyə əsasən, evsiz-eşiksiz insanlara Los-Anceles şəhərinin tanınmış bərbərlərinin xidmətlərindən pulsuz istifadə etmək imkanı yaradılıb.
Bərbərlərin yanına gedən bu şəxsləri çıxdıqdan sonra tanımaq isə mümkün olmayıb. Beləki, saçları kəsildikdən, üzləri qırxıldıqdan sonra kimsəsiz şəxslər dəyişərək tam başqa sima alıblar..Üzlərindəki hüznlü sima gülüşlə əvəz olunub. Layihə müəllifləri bu addımı bu cür insanların depressiyaya düşməsinin qarşısını almaq və üzlərində təbəssüm yarada bilmək məqsədilə atdıqlarını deyirlər.

Qeyd edək ki, 600 minə yaxın evsiz eşiksizi sevindirən layihənin müəllifləri hər kəsdən bacardığı qədər belə insanlara dəstək olmağı xahiş edib…



R.T.Zemichka
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.