Rusiyanın baş müsəlmanı Putini hicabı müdafiə etməyə çağırdı

05 Şubat 2015
1 145
0
Rusiyanın baş müsəlmanı Putini hicabı müdafiə etməyə çağırdı
Rusiyanın baş müsəlmanı Putini hicabı müdafiə etməyə çağırdı
“Qızlara görə ürək ağrıyır”.

Rusiya Müsəlmanları Dini İdarəsinin rəhbəri müfti Ravil Qaynutdin prezident Vladimir Putinə qızların məktəblərə hicabla gəlmək hüququnu müdafiə etməyə çağıran müraciət edib.

“Bağlı gettolarda və ya xüsusi müəssisələrdə deyil, ümumtəhsil məktəblərində həmyaşıdları ilə təhsil almaq və ünsiyyətdə olmağı arzu edən qızlara görə ürək ağrıyır. Axı onlar cəmiyyətə gərəkli - həkim, pedaqoq, alim - olmaq istəyirlər” - Ravil Qaynutdinin məktubunda deyilir.

FeaT.Az TASS-a istinadən xəbər verir ki, müfti qeyd edib ki, yaranmış problem yalnız “qadın” problemi deyil. O, hesab edir ki, “hicab vasitəsilə bizə xaricdən dözümsüzlük, anti-demokratiya və xalqların dostluğunun Avrasiya ənənələrinə hörmətsizlik tətbiq edirlər”.

“Sadə paltarları çıxarmaqla, rus dünyasının gözəl mürəkkəb tərkibli naxışlı parçasını yırtmaq istəyirlər. Bu isə artıq kişi məsələsidir”, - məktubda qeyd olunub.

Qeyd edək ki, ictimai yerlərdə, həmçinin təhsil müəssisələrində hicab və digər dini geyimlərin geyinilməsi tez-tez Rusiyada kəskin müzakirələrin mövzusu olub. Buna görə də Vladimir Putin bəyan etmişdi ki, təhsil müəssisələrində hicabın geyinilməsində yaxşı heç nə yoxdur. Onun sözlərinə görə, bu cür adət Rusiyada, hətta müsəlman regionlarında da heç vaxt olmayıb.

İlk dəfə Stavropol rəhbərliyi məktəblərdə hicaba qadağa qoyub. Rusiyanın Ali məhkəməsi həmin qərarı dəstəkləmişdi. Rusiyanın təhsil və elm naziri Dmitri Livanov bildrimişdi ki, hicab geyinən uşaqlar dini təhsil müəssisələrində təhsil almalıdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.