Azərbaycanda 8 bank zərərlə işləyir

07 Şubat 2015
1 116
0
Azərbaycanda 8 bank zərərlə işləyir
Azərbaycanda 8 bank zərərlə işləyir
Mərkəzi Bank yanvarın 1-nə olan statistik göstəriciləri açıqladı.

2015-ci ilin yanvarın 1-nə olan statistik məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 45 bankdan 8-i zərərlə, 37-si isə mənfəətlə işləyir.

Mərkəzi Bankdan FeaT.Az-a verilən məlumata görə, qeyd olunan tarixdə mənfəətlə işləyən banklar üzrə bank sisteminin cəmi mənfəəti 375,33 milyon manat təşkil edib, zərərlə işləyən banklar üzrə bank sisteminin mənfəəti isə 4,79 milyon manat olub.

Xatırladaq ki, bank sisteminin yekun mənfəəti 370,54 milyon manat olub ki, bu da 2013-cü ilin dekabr ayı ilə müqayisədə, 102,97 milyon manat çoxdur.

Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalının 50%-dən 100%-nə qədərini təşkil edən bankların sayı 8, nizamnamə kapitalının 50%-dən az olan hissəsini təşkil edən bankların sayı isə 13-dür. 2015-ci ilin əvvəlində isə 1 banka lisenziya verilib, 2012-ci ilin 4-cü rübündə 1 bankın lisenziyası ləğv olunub, hal-hazırda isə bu sektorda stabillik müşahidə olunur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.