Banklar əhaliyə 98 milyon manat ipoteka krediti veriblər

08 Şubat 2015
1 291
0
Banklar əhaliyə 98 milyon manat ipoteka krediti veriblər
Banklar əhaliyə 98 milyon manat ipoteka krediti veriblər
Mərkəzi Bank məlumat yaydı.

Banklar tərəfindən verilmiş ipoteka kreditlərinin həcmi 2015-ci il yanvarın 1-nə olan məlumata görə, 97,1 milyon manat təşkil edib. Ötən ilin dekabr ayında isə bu göstərici 88,6 milyon manat idi. Bu da 2013-cü illə müqayisədə 14% azdır.


Azərbaycan Mərkəzi Bankın yanında fəaliyyət göstərən Azərbaycan İpoteka Fondunun (AİF) tərəfindən verilən kreditlərin orta faiz dərəcəsi isə 2015-ci il yanvarın 1-nə olan məlumata görə, 6,79% təşkil edib. Qeyd edək ki, bu göstərici oktyabr ayında 6,82%, noyabr ayında isə 6,81% idi.

AİF-in xətti ilə maliyyələşdirməyə başlanandan 636 milyon manat dəyərində, o cümlədən 2013-cü ildə 112,9 milyon manat, 2012-ci ildə 74,77 milyon manat, 2011-ci ildə 95,64 milyon manat, 2010-cu ildə 97,08 milyon manat, 2009-cu ildə 76,9 milyon manat, 2007-ci ildə 70,2 milyon manat, 2006-cı ildə isə 5,6 milyon manat ipoteka krediti ayrılıb.


2014-cü il ərzində bankların əvvəllər ayırdığı kreditlərin yenidən maliyyələşməsinin ümumi həcmi 126,4 milyon manat təşkil edib.

Qeyd edək ki, dövlət büdcəsindən AİF-ə ayrılmış vəsait, ötən ilin sentyabr ayında 20 milyon manat olsa da, oktyabr, noyabr, dekabr aylarında isə dövlət büdcəsindən İpoteka Fonduna vəsait ayrılmayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.