Dövlət 2 min manata KAMAZ satır

08 Şubat 2015
1 682
0
Dövlət 2 min manata KAMAZ satır
Dövlət 2 min manata KAMAZ satır

Hərraca çıxarılan avtomobillərin siyahısı açıqlandı.

Əmlak Məsələləri Dövlət Komitəsi hərraca çıxarılacaq nəqliyyat vasitələrinin siyahısını açıqlayıb.

Belə ki, hərracda KAMAZ-53213, “Nissan Teana”, UAZ-33036 yük, QAZ-31105-120, QAZ-32218-18, “Tofaş Şahin” avtomobilləri yer alacaq.

Qeyd edək ki, hərracda ən ucuz avtomobil UAZ-33036-dır. Start qiyməti 925 manat. Ən bahalı avtomobil isə “Nissan Teana”-dır, start hərrac qiyməti 3761 manat təşkil edir. Öz növbəsində KAMAZ-53213-ın start qiyməti isə 1962 manatdır.

Qeyd edək ki, hərrac martın 10-da keçiriləcək.

Məlumat üçün bildirək ki, hərraclar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzində keçiriləcəkdir (Zeynal Xəlil küçəsi 11a). Hərracda iştirak etmək üçün hərrac komissiyasına aşağıdakı sənədlər hərracın başlanılmasına ən gec 3 (üç) bank günü qalanadək təqdim olunmalıdır:

1. Sifarişçinin şəxsiyyətini təsdiq edən sənəd;

2. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən müəyyən edilmiş hesaba behin köçürülməsini təsdiq edən sənəd.

10% məbləğində beh Mərkəzi Bankda – AZ65NABZ01361150000000004944 nömrəli hesaba köçürülməlidir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.