Uça uça piano ifa etdi - VİDEO.

10 Şubat 2015
1 858
0
Uça uça piano ifa etdi - VİDEO.
Uça uça piano ifa etdi - VİDEO.

Paolo, səmada süzə-süzə musiqi əsərləri ifa edib.

Adətən pianoçular müxtəlif əsərləri ifa edərkən sanki xəyal dünyalarında uçurlar. Bu dəfə isə hər şey əksinə baş verib. Paolo Zanarella adlı musiqiçi hər kəsin gözü qarşısında real dünyada uça-uça piano çalıb.

"Sərhədsiz pianoçular" cərəyanına rəhbərlik edən Paolo Zanarello ölkənin ən məşhur musiqiçilərindən biridir.

Venesiyada davam edən eyni adlı karnavalı fürsət bilən pianoçu bu dəfə daha fərqli aksiya ilə tamaşaçıları heyrətləndirmək qərarına gəlib. Pianosu ilə birgə havaya qalxan Paolo, səmada süzə-süzə musiqi əsərləri ifa edib. Karnaval iştirakçıları onun bu performansını böyük maraqla seyr edib. Musiqiyə yeni estetika qatan, klassik əsərləri akrobatçılıqla birləşdirən Paolo, havadakı performansını qüsursuz yerinə yetirib. Onun uça-uça pioanoda klassik əsərlər ifa etdiyini əks etidərn görüntülər qısa zamanda ölkə hüdudlarını aşıb. Pianoçu deyir ki, bu aksiya dünyaya unikal musiqili mesaj vermək, işıqlı gələcəyi tərənnüm etmək üçün ideal imkan yaradır.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.