70 nəvəsi olan 121 yaşlı tovuzlu nənə - VİDEO
Tovuzun ən uzun ömür sürən sakini - Məryəm Mehdiyevanın 121 yaşı var.
Nənə sağlam qalmağının sirrini qidalanmada görür.
Özünü gümrah hiss edən ağbirçək indiyə kimi dərmandan istifadə etməyib. Bəzən gəlinlərinin də köməyinə çatan Tovuzun ən uzun ömür sürən sakini təmizliyinə ciddi fikir verir. Nənənin gündəlik istifadə etdiyi ətirlər də var.
5 övladı, 70-ə yaxın nəvəsi, 30-dan çox nəticəsi, 20 kötücəsi olan qəhrəmanın yaxın zamanda yadıcası da olacaq.
Hamının sevimlisinə çevrilən Məryəm nənə kəndin xeyir-şər mərasimlərindən də qalmır. Kənd sakinləri daim onunla məsləhətləşir və xeyir-dua alır.