Nə dərəcə qeyri-adisən? - TEST

12 Şubat 2015
1 442
0
Nə dərəcə qeyri-adisən? - TEST
Nə dərəcə qeyri-adisən? - TEST

Nə dərəcə qeyri-adisən? - TEST

Əgər sən fərqli olmağa və heç kimə bənzəməməyə çalışırsansa, bu o demək deyil ki, sən qəribə xanımsan. Sadəcə, sən öz aləmində yaşayırsan. Gəl, araşdıraq, görək sən kimə oxşayırsan?

Sevimli əşyan nədir?


a) Anamın koftasından, nənəmin şalından tikib, üstünü boyalarla rənglədiyim paltar.
b) Bəyəndiyim geyimim biabırçılıqdı. Bunu nə deyə, nə də təsəvvür edə bilərəm.
c) Heç bilmirəm. Yəqin ki, anamın aldığı geyim.

2. Boş vaxtlarını necə keçirirsən?

a) Kitab oxuyuram, xeyriyyə tədbirlərinə qatılıram, dostlarımla görüşürəm.
b) Rəsm çəkirəm, hər saniyə yeni, əyləncəli, qəribə oyunlar fikirləşirəm.
c) Konsertə gedirəm, musiqiyə qulaq asıram, alış-verişə çıxıram, qeyri-adi əşyalar axtarıram.

3. Kimə oxşayırsan?

a) Bilmirəm.
b) Heç kimə bənzəmirəm!
c) Göy qurşağı udan adama.

4. Ən çox nə istəyirsən?

a) Uçmağı.
b) Bütün dünyanın xoşbəxtliyini.
c) UNO-larla tanış olmağı.

5. Ətrafındakı insanlar səninlə necə davranırlar?

a) Elə bil ki, mən aydan gəlmişəm.
b) Fikir verməmişəm.
c) Dost kimi.

6. Kiminlə dostluq edirsən?

a) Qeyri-adi xasiyyəti olan qızlar və oğlanlarla.
b) Həmişə etibar edə biləcəyim yaxşı insanlarla.
c) Heç kimlə.

7. Ad günündə hansı hədiyyəni almaq istəyərdin?

a) Özüm haqqında film çəkmək üçün Hollivudda studiya.
b) Dünyada keçirilən bütün festivallarda iştirak edə bilmək haqqı.
c) Əldələ hazırlanmış xüsusi hədiyyə.

8. Hansı ev heyvanı saxlamaq istəyərdin?

a) Mənim artıq çoxlu ev heyvanım var. Küçədə kimsəsiz ev heyvanı görəndə özümü saxlaya bilmirəm.
b) Piton ilanı və ya hər hansı vəhşi heyvan.
c) Meymun. Ona gözəl paltarlar tikib, gəzməyə çıxardardım.

Balları hesabla:

A)1 3 3 1 2 1 2 3

B)2 1 2 3 3 3 1 2

C)3 2 1 2 1 2 3 1

( 8-13 xal )

Sən qəribə və azadsan. Hərdən səni lağa qoyurlar, amma bu vecinə də deyil. Hətta hərdən bunu anlamırsan da. Çox mehribansan, heç vaxt insanlardan incimirsən, hamıya hər şeyi bağışlayırsan. Həm də çox qabiliyyətlisən. Qeyri-adi düşüncələrinə görə, hər hadisədən heç kimin görmədiyi çıxış yolunu tapırsan. Beynində həmişə maraqlı ideyalar var.

( 14-19 xal )

Sən dəhşət xəyalpərəst və çox oyunbazsan. Heç nəyə fikir vermədən ağlına gələni edirsən. Çox vaxt ətrafındakılar hərəkətlərini başa düşmürlər: heç düşünmədən şəhərdəki bütün uşaqlara 100 kq şirni alarsan. Özünsə yalnız bir çəkmənin içində qalmısan. Böyümək istəmirsən, düşünürsən ki, bütün böyüklər can sıxıcıdırlar, beyinləri boş problemlərlə doludur. Çox optimistsən və hər şeyin yaxşı olacağına həmişə əminsən.

( 20-24xal )

Diqqət mərkəzində olmağı və ətrafındakıları heyran qoymağı çox xoşlayırsan. Buna görə də yorulmadan fərqli və hamıdan gözəl görünmək üçün çalışırsan. Ətrafındakı insanlar hərəkətlərini və geyimlərini bəyənmirlər, sənə qəribə baxırlar. Bu səni daha da xoşbəxt edir. Bu cür hərəkətlərinin səbəbi var: sən tənhasan, həyatında sevgi çatışmır, buna görə ağlasığmaz hərəkətlər edirsən. Bəlkə insanlarla daha çox münasibətdə olmağı sınaqdan keçirəsən?
Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.