"Kinder Surprise" və "Nutella"-nin sahibi öldü

16 Şubat 2015
1 548
0
"Kinder Surprise" və "Nutella"-nin sahibi öldü
"Kinder Surprise" və "Nutella"-nin sahibi öldü

"Ferrero" şirkətinin sahibi Mişel Ferrero vəfat edib.
“Qafqazinfo”nun Reuters-ə istinadən məlumatına görə, İtaliyanın ən varlı adamı 89 yaşında bir neçə aydır sürən xəstəlikdən sonra dünyasını dəyişib.
Bu münasibətlə İtaliya prezidenti Serjio Mattarella başsağlığı verib. O, Ferreronu “anadangəlmə müəllim” adlandırıb.
Ferrero 32 yaşında atasının yaratdığı şirkətə sahib olub və ömrünün sonuna qədər ona rəhbərlik edib.
Ferreronun rəhbərliyi altında məşhur "Nutella", "Kinder Chocolate", "Kinder Surprise", "Rafaello", "Ferrero Rocher", "Tic Tac" kimi brendlər yaranıb.
2013-cü ildə Forbes jurnalı onun varidatının 23,4 milyard dollar olduğunu açıqlayıb.
mənbə:axsam.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.