Dünyanın ən Populyar Saytlarının Reytinqi

17 Şubat 2015
1 698
0
Dünyanın ən Populyar Saytlarının Reytinqi
Dünyanın ən Populyar Saytlarının Reytinqi

ABŞ-ın sayt və əlavələrin analitikası üzrə aparıcı "SimilarWeb” tədqiqat şirkəti dünyanın ən populyar saytlarının reytinqini təqdim edib.
FeaT.Az-ın Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, populyar saytlar onluğuna “VKontakte” sosial şəbəkəsi və “Yandex” axtarış sistemi daxil olub. Onlar müvafiq olaraq altıncıdoqquzuncu yeri tutublar. Liderlər üçlüyündə "Facebook” sosial şəbəkəsi, “Google” axtarış sistemi və “YouTube” videohostinqi yer alıb.

Qeyd olunan resurslarla yanaşı, TOP-10-a “Yahoo!” şirkəti, “Wikipedia” onlayn ensiklopediyası, “Twitter” sosial şəbəkəsi və “Microsoft” korporasiyasının “Live.com” poçt xidməti daxildir.

Məlumat üçün bildirək ki, “SimilarWeb” analitik şirkəti bir sıra alətlərin (istifadəçidə quraşdırılan panellər, xüsusi proqramlar, birbaşa ölçmələr) köməyi ilə dünyada sayt və mobil əlavələrin qiymətləndirilməsi ilə məşğul olur,
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.