5-ci mərtəbədən yıxılan qadının vəziyyəti ağırlaşdı — Video

18 Şubat 2015
1 609
0
5-ci mərtəbədən yıxılan qadının vəziyyəti ağırlaşdı — Video
5-ci mərtəbədən yıxılan qadının vəziyyəti ağırlaşdı — Video



Bakıda 5-ci mərtəbədən yığılaraq ağır xəsarət alan qadının vəziyyəti ağırdır.

Ağır yaralanan Lalə Bayramova Sabunçudakı 3 saylı xəstəxanadan çıxarılaraq, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib. Onun ağır xəsarətlər aldığı bildirilir.

Qeyd edək ki, bədbəxt hadisə Qara Qarayev prospekti ilə Babək prospektinin kəsişməsində yerləşən çoxmərtəbəli binada baş verib. Hadisə şahidlərinin sözlərinə görə, gənc qadın ayağının altına stul qoyaraq paltar asırmış, qəfildən ayağı sürüşüb və aşağıya yuvarlanmaq üzrə olarkən eyvandan yapışa bilib.

Onun köməyinə əri gəlib. O, bir müddət qadını saxlaya bilsə də, sonda gücü tükənib və onun əlindən çıxan qadın binanın önündəki torpaq hissəyə düşüb. Xoşbəxtlikdən, torpaq nəm olub və qadın ölməyib. Amma onurğa sütunu da daxil olmaqla, çoxsaylı sınıq xəsarətləri ilə xəstəxanaya çatdırılıb.
mənbə:regioninfo.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.