104 dovşanla birlikdə yaşayır.
Almaniyada yaşayan bir qadın kiçik evində 104 dovşanı ilə birlikdə yaşayır. 48 yaşlı qadının evində pis qoxu gəldiyini deyən qonşular polisə şikayət ediblər.
Polislər evin qapısına yaxınlaşdıqları zaman evdə çoxlu sayda heyvan saxlanıldığını başa düşüblər. Adı açıqlanmayan qadının evinə girən polislər evin hər yerində dovşanlar olduğunu görüblər.
104 dovşan plastik qəfəslərdə saxlanılırmış. Dovşanların sahibi olan qadın əvvəllər az sayda heyvanı olduğunu, lakin onların birdən-birə çoxaldıqlarını deyib. Heyvanlarını verməyə qıymayan qadın onları eyni vaxtda saxlamağa qərar verib.
Qadının evindəki dovşanlar S-Botang zooparkına aparılıblar. Dovşanların sahibi heyvanlara işgəncə etdiyi üçün məhkəməyə çıxarılacaq.