Şok! Türkiyədə növbəti "Özgecan" hadisəsi (VİDEO)

23 Şubat 2015
1 242
0
Şok! Türkiyədə növbəti "Özgecan" hadisəsi (VİDEO)
Şok! Türkiyədə növbəti "Özgecan" hadisəsi (VİDEO)

Manisa vilayətində yenə gənc qadını öldürüb yandırdılar..

Türkiyə Manisa vilayətinin Akhisar rayonunda qadıma qarşı zorakılığı nümayiş etdirən növbəti dəhşətli hadisə baş verib. ANS PRESS-in yerli mətbuata istinadən verdiyi məlumata görə, rayon ərazisindəki zeytun bağlarından birində yandırılmış 18-20 yaşlarında qadın cəxədi aşkarlanıb.
Bağ sahibinin xəbər verməsi ilə hadisə yerinə polis idarəsi cinayət axtarışı şöbəsinin əməkdaşları və dedektivlər cəlb olunub. Dəhşətli cinayətlə bağlı bağda və ətrafında dəlil axtarışına başlanılıb, bağ sahibinin ifadəsi alınıb.
Öldürüldükdən sonra yandırıldığı güman olunan qadının cəsədi İzmir şəhəri məhkəmə tibbi ekspertizasına göndərilib.
Qadının əlləri arxada birləşdiyindən, cinayətdən əvvəl onun əllərinin arxadan bağlandığı güman olunur.
Faktla bağlı istintaq başladılıb, araşdırmalar davam edir.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyə Mersin vilayətinin Tarsus rayonunda da analoji hadisə baş vermiş, Özgecan Aslan adlı tələbə vəhşicəsinə öldürüldükdən sonra yandırılmışdı.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.