Dəhşətli qətlin yeni görüntüləri - VİDEO

20 Mart 2015
1 340
0
Dəhşətli qətlin yeni görüntüləri - VİDEO
Dəhşətli qətlin yeni görüntüləri - VİDEO

Türkiyə Mersin vilayətinin Tarsus rayonunda vəhşicəsinə qətl edilən Özgəcan Aslanın cinayət qurbanı olmadan bir neçə saat əvvəl gəzdiyi alış-veriş mərkəzindəki görüntüləri ortaya çıxıb.

Görüntülərdə Özgəcan Aslanın rəfiqəsi ilə bir yerdə ticarət mərkəzindən nələrsə aldığı, daha sonra isə əlidolu şəkildə oradan çıxdıqları və qatilin avtobusuna mindikləri görülür. Bundan başqa cinayət hadisəsi ilə bağlı digər məqamlar, qatilə dostunun kömək etmək üçün yanacaq doldurma məntəqəsindən benzin aldığı da müşahidə kameralarına düşüb.

Xatırladaq ki, Ö.Aslan rəfiqəsi ilə alış-verişdən sonra evə qayıtmaq üçün avtobusa minib. Rəfiqəsi evlərinin yaxınlığında düşdükdən sonra o ictimai nəqliyyatda tək qalıb. Sürücü isə avtobusu kimsəsiz bir yerə sürərək qıza təcavüz etməyə çalışıb. Bu zaman onlar arasında dava düşüb. 20 yaşlı tələbə sürücünün üzünə bibər qazı töküb. Bundan hiddətlənən şəxs onu bıçaq və dəmir parçası ilə öldürüb. Cinayətin izini saxlamamaq üçün isə qızın əllərini biləkdən kəsərək cəsədinə od vurub.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.