Rang Rover 20 metr hündürlükdən belə düşdü - VİDEO
Rusiyada 20 metr hündürlükdən yerə düşən maşının sürücüsü möcüzə nəticəsində sağ qalıb.
Məlumatına görə, hadisə kurort şəhəri Soçinin mərkəzində baş verib. Qorxunc yol-nəqliyyat hadisəsinin kadrları müşahidə kameralarına düşüb.
"Rang Rover" markalı avtomobilin 29 yaşlı sürücüsü idarə etməni itirdiyindən maşın 20 metrlik hündürlükdən yerə düşür.
Kadrlardan aydın görünür ki, yüksək sürətlə gələn avtomobil beton səkini çırpıldıqdan sonra aşağı düşür. Zərbədən maşın dəmir yığınına çevrilir. Qorxunc qəzada sürücü və sərnişin təhlükəsizlik kəməri sayəsində xilas olublar.
Hadisə nəticəsində yüngül zədələr alan sürücü və onun 23 yaşlı sərnişini xəstəxanaya yerləşdirilib.
anspress.com