Evdə palaz qoymadı, hamısını yedi - VİDEO

10 Nisan 2015
1 080
0
Evdə palaz qoymadı, hamısını yedi - VİDEO
Evdə palaz qoymadı, hamısını yedi - VİDEO

Bu uşaq evdə salamat palaz qoymayıb. Adətən valideynlərinin nəzarətindən kənarda qalan uşaqlar əllərinə nə keçirsə, onu yeməyə çalışırlar. Böyük Britaniyalı Cessika Naytın səbəbləri isə bir az fərqlidir. O, valideynlərinin nəzarətində belə xalça-palaz yeyir, döşəmə örtüklərini yeməsə rahatlaşmır.

4 yaşlı uşaq dünyanın ən nadir xəstəliklərindən birindən əziyyət çəkir. Bu xəstəlik onun üçün həyati təhlükə yaratmır. Amma, uşağın qida rasionundakı maddələr gələcəkdə onun üçün ciddi başağrısına çevrilə bilər. Doğrudur, Cessika adi insanların yediyi yeməkləri də həvəslə yeyir, amma onun ən sevimli yeməyi, yerdəki xalçalar, palazlar, və mebellərin taxta ovuntusundan hazırlanmış fanerləridir.

Cessikanın torpaq yeməsi, kifayət qədər təhlükəli olan sementi öz mədəsində əritməsi artıq onun 36 yaşlı anası Kelli Uill üçün o qədər də qeyri-adi bir şey deyil. Anası deyir ki, Cessikanın bu qəriqə aludəçiliyini ilk dəfə, o 2 yaşında olarkən öyrənib.

Həkimlər deyir ki, Cessikanın bu xəstəliyi onunla birgə doğulub. Başqa sözlə desək, onda bu xəstəlik hələ ana bətnindən formalaşmağa başlayıb. Məsələ sadəcə bir uşağın xalça, və digər döşəmə örtüklərini yeməsində deyil. Cessikanın xəstəliyi ümumilikdə qeyri-qida məhsullarının yeyilməsi kimi qəbul edilir.

Lap uşaq vaxlarında DÖŞƏYİNİ yeməyə başlayan Cessika, çox keçmədən içi yunlu örtüyə də tamah salıb.

Anası deyir ki, Cessikanın əlindən evdə kənarı yumşaq örtüklə əhatələnən stolları əl çatmayan yerə qoymalı olub.

atv.az

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.