Xocalı Soyqırımını 2 DƏQİQƏdə anlatan - VİDEO

26 Şubat 2015
1 416
0
Xocalı Soyqırımını 2 DƏQİQƏdə anlatan - VİDEO

Xocalı Soyqırımını 2 DƏQİQƏdə anlatan - VİDEO


Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı bir qrup azərbaycanlı gənc maraqlı və təsirli video-çarx hazırlayıb.

Yüzlərlə dinc sakinin erməni silahlı qüvvələri tərəfindən vəhşicəsinə qətlə yetirilməsi, dözülməz işgəncələrə məruz qalması və doğma yurd-yuvalarından didərgin düşməyə məcbur edilməsi ilə XX əsrin ən böyük faciəsi kimi tarixə yazılan Xocalı soyqırımı gənclərin gözü ilə bir daha fərqli formada təqdim edilib.

"Bizi Unutma" adlı həmin layihə Müasir Gənclər klubunun və Xocalı Soyqırımı (Justice for Khojaly) səhifəsinin birgə əməkdaşlığı nəticəsində ərsəyə gətirilib və Xocalı Soyqırımının 23-cü anım ili üçün hazırlanıb. Bu barədə FaktXəbər-ə MGK-nın meneceri Orxan Ramaldanov məlumat verib.

Onun sözlərinə görə, bu layihə Xocalı Soyqırımı zamanı öz gələcəklərindən, arzularından və həyatlarından məhrum olan azyaşlı həmvətənlərimiz simasında soyqırımda dünyasını dəyişən hər bir soydaşımıza həsr olunur.

Qeyd edək ki, video-çarxın ssenari müəllifi Anar Abdulov, rejissoru isə Cavad Salmanlıdır.





faktxeber.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.