Hansı ölkələrdə hansı alkoqola üstünlük verilir?

05 Mart 2015
1 303
0
Hansı ölkələrdə hansı alkoqola üstünlük verilir?
Hansı ölkələrdə hansı alkoqola üstünlük verilir?

Bir çox adamın qeyd etdiyi bayram fəslinə - Milad və Yeni il ərəfəsinə təsadüf edən dekabr ayında alkoqol istehlakı artır.

Bəs görəsən spirtli içkilərin istehlakı nisbəti ölkələr üzrə necə fəqrlənir? Ən sərt içkiləri Rusiya, Şərqi Avropa və Fransada sevirlər. Sonra ABŞ, Almaniya, Böyük Britaniya, Qazaxıstan, Astraliya gəlir. Piyvə Namibiya, Rumıniya, Litva və Çexiyada dəbdədir. Şərabı isə Potuqaliya, Fransa, Andorra, Xorvatiya və Gürcüstanda sevirlər. Araq da daxil olmaqla digər sərt içkiləri Moldova, Belarus, Rusiya və Qazaxıstanda sevirlər. "Başqa" kateqoriyadakı içkilərə Saxaradan cənubdakı Afrika bölgələrindədək geniş yayılan pivə növləri aid edilir. Onlar qızmar və quraqlıq keçən iqlimə davamlı olan sorqum taxıl bitkisi cinsindən hazırlanır.

Çində sorqumdan kiçik qədəhlə içilən sərt Baycü arağı çəkilir. Bu içkinin ən qədim markası olan "Moutai”-ni Çinin kommunist lideri Mao Dzedun içərmiş. Düyüdən çəkilən Soju içkisi Cənubi Koreyada çox populyardır. Yerlilərin ən çox xoşuna gələn Jinro markası isə dünyada ən yaxşı satılan sərt spirtli içkilərdən birisidir.

Pivənin əsasını maltlanmış taxıl təşkil edir, şərab üzümdən çəkilir, qarğıdalı, sorqum, düyü, darı və yaxud da üzümdən fərqli hər-hansı meyvədən hazırlanan fermentləşdirilmiş içki isə "başqa” kateqoriyasına aid edilir.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.