Hansı Ölkələrdə yaşamaq intihara səbəb olur? (Siyahı)

23 Kasım 2014
1 665
0
Hansı Ölkələrdə yaşamaq intihara səbəb olur? (Siyahı)
Hansı Ölkələrdə yaşamaq intihara səbəb olur? (Siyahı)


Dünyada insanların ən çox intihar etdikləri ölkələrin adları məlum olub. Beynəlxalq statistikaya görə planetdə hər 40 saniyədə bir nəfər özünə qəsd edir. Dünyada intihar rəqəmlərinin artması bu məsələni xüsusi problemə çevirib. Siyahıya baxsaq görərik ki, orada nəinki kiçik və ya inkişaf etməkdə olan ölkələr, hətta orada inkişaf etmiş Avropa ölkələrinin də adları var. İlk onluqda Asiya və keçmiş MDB ölkələri qərarlaşıblar. Təəccüblüsü odur ki, siyahıda inkişaf etmiş Avropa ölkələrinin də adları var. Həmin siyahını sizə təqdim edirik:

1 - Litva. Ölkədə yaşayan hər 100 min nəfərdən 42-si intihar edərək həyatına son qoyur. Kommunizmdən kapitalizmə uyğunlaşma dövrünü yaşayan ölkədə iqtisadi sektorda böyük problemlərin yoxluğuna baxmayaraq son 10 ildə 2 dəfə artan intiharların azalması üçün müəyyən həll yolu hələ də tapılmayıb.

2 - Rusiya. Bu ölkədə intihar edənlərin sayında gənclər üstünlük təşkil edirlər. Rusiyada bunun səbəblərini alkaqol, ailə daxili zorakılıqda görürlər. Həmçinin belə bir nəhəng ölkədə uyğunlaşmanın çətinliyi, yadlaşma və tənhalıq da daha bir əngəl olaraq bilinir.

3 - Belarus. Kişilərin qadınlardan 6 dəfə çox intihar etmələrinə səbəb olan Belarusda da özünəqəsdlərin əsas səbəbi kimi erkən yaşlarından spirtli içkilərə meylin güclü olması göstərilir.

4 - Latviya. 1989-cu ildə müstəqilliyini elan edib parlamentli sistemə keçən Latviyada turizm gəlirlərinin olduqca artmasına və iqtisadiyyatın nizamlanmasına baxmayaraq, intihar faizlərində enmələr müşahidə edilmir. Bu ölkədə qeydə alınan intihar rəqəmləri hər 100 min nəfərə 32-dir

5 - Estoniya. Bu ölkə də 1989-cu ildən müstəqilliyini qazansa da, keçid dövrü üçün müəyyən problemlər yaşamaqdadır.

6 - Macarıstan. Turizm sektoru inkişaf etdikcə gəlirləri artan Macarıstan vətəndaşlarının intihar saylarını hələ də azalda bilmir.

7 - Sloveniya. 1992-ci ildə müstəqilliyini elan edən köhnə şərq bloku ölkələrindən olan Estoniya iqtisadiyyatının qaydaya sala bilməməsi səbəbindən intiharların sayı artmaqdadır. Hesablamalara görə, bu ölkədə il ərzində hər 100 min nəfərə 30 nəfər özünə qəsd edir.

8 - Ukrayna. Şərqi Avropa ölkəsi olan Ukraynada özünəqsədlər şəhərlərdən çox kəndlərdə qeydə alınır. Yüksək spirtli içki qəbulu, təhsil sektorunda və ailə sistemində olan çatışmazlıqlar bu ölkədəki intiharların əsas səbəbləri kimi irəli çəkilir.

9 -Qazaxıstan. Sovet İttifaqı dağıldıqdan sonra bu ölkədə yaranan avtoritar rejim, qeyri-stabil iqtisadiyyat, əhalisinin 70 %-i müsəlman olan bir ölkədə müsəlmanlara qarşı təzyiq kimi amillər gənclərin daha çox intihar etmələrinə səbəb olur. Bu ölkədə nisbət 28 hər 100 min nəfərə 28%-dir.

10 - Finlandiya. 2007-ci ildən sonra başladılan çalışmnlar intihar saylarını azaltsa da, bu ölkə yenə də siyahının 10-cu pilləsindən enməyib. Finlandiya əhalisinin də əsas problemi var.

Xatırladaq ki, dünyada ən az intihar hallarının qeydə alındığı ölkələr isə , İran, Haiti, Yamayka və Cənubi Afrikadır. Ermənistanda hər 100 min nəfərdən 8,8 özünə qəsd edir. Gürcüstanda isə bu rəqəm 3,9-dur.


Redektə etdi:Mrs.Isgenderli
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.