Hər 40 Saniyədə 1 intihar
Dünyada hər il 800 min insan intihar edir.
Milli.Az Fox News-a istinadən bildirir ki, bu isə təqribən hər 40 saniyədə 1 intihar deməkdir.
İnsanlar özlərini asır, zəhərləyir, güllələyirlər. İntiharların 75 faizi yoxsul və ya əhalisinin əksəriyyəti orta səviyyədən aşağı yaşayan ölkələrdə olur. Özü də intiharlar bütün yaş qruplarında qeydə alınsa da, yaşları 70 və daha çox olanlar arasında həyatla könüllü vidalaşanların sayı daha çoxdur.
15-29 yaşlılar arasında ölüm səbəbləri arasında intiharlar 2-ci yeri tutur.
Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir ki, intihar edənlər əsasən özlərini odlu silahla vurur, asır və ya zəhərləyirlər.
Avstraliya, Kanada, Yeni Zelandiya və ABŞ-dakı statistika göstərir ki, zəhərli preparatlar və odlu silahla bağlı normaların sərtləşdirilməsi intiharların sayına birbaşa təsir edir.
Bundan başqa, intiharların kinematoqraf və kütləvi informasiya vasitələrində təqdimatının dəyişdirilməsi də pozitiv effekt verir.
"İnsanı intihara sövq edəcək məzmunda məlumatlar olmamalıdır. Bundan başqa, psixi cəhətdən sağlam olmayan şəxslər, narkomanlar və toksikomanlar xüsusi nəzarətə götürülməlidir", - hesabatda deyilir.
İntihar edənlər arasında kişilər daha çoxdur. İnkişaf etmiş ölkələrdə intihar edənlərin statistikasında kişilər qadınları 3 dəfə "üstələyib".
Yaşı 70-dən artıq olan qadınlar arasında intihar halları isə 15-29 yaşlı xanımlarla müqayisədə 2 dəfə çoxdur.

Redaktə etdi: Bash _BeLasi ッ