Piroq üçün gəzmədiyi ölkə qalmadı

10 Mart 2015
3 009
0
Piroq üçün gəzmədiyi ölkə qalmadı
Piroq üçün gəzmədiyi ölkə qalmadı


Bu adam sözün əsl mənasında piroq xəstəsidir. Britaniyalı Martin Terbak öz qəribə aludəçiliyi ilə Avropa mediyasında xəbər başlığına çevrilib. Piroqu çox sevən bu insan, ölkənin və bölgənin ən dadlı piroqunu tapıb yemək üçün illərdir, şəhər və kəndləri alt-üst edir.
Əvvəllər vaxtı olanda restoranları gəzib, orda bişən piroqların dadına baxan Martin, son iki ildir öz qəribə piroq sevgisinin köləsinə çevrilib. O, artıq 700 gündür sırf piroq yemək məqsədi ilə səyahətə çıxıb. Lakin 41 yaşlı britaniyalı deyəsən hələ də arzularındakı piroqu yeyə bilməyib.

Bu vaxta qədər Martinin ən çox diqqətini cəlb edən isə Kumbriada bir restoranda döyülmüş ətdən və kartofdan hazırlanmış piroq olub. O ki, qaldı piroq üçün dünya səyahətinə, Martin buna görə dünyanın o biri ucuna getməyə də hazırdır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.