Astroloqlardan 17 Mart xəbərdarlığı
Astroloqlara görə, ən kritik tarix olan 17 martda ciddi təhlükə kəsb edən vəziyyətlər və toplu ölümlər yaşana bilər. Astroloqlar, qorxuducu cədvəlin, 20 martda reallaşması gözlənilən ilin ilk günəş tutulmasıyla geridə qalacağını ifadə edib.
'Zəlzələ və qiyam xəbərçisi'
Astroloq Nuray sayar, '2015-ci ilin günəş tutulması 20 martda Balıq-Qız bürcləri arasında reallaşacaq. Bu tutulma zəlzələnin xəbərçisidir. Neptun da balıq bürcündə olduğu üçün qəribə duyğular verir. Mən 17 mart deyə dəyərləndirmirəm amma Türkiyənin ulduz xəritəsinə baxdığımda mart, aprel və may ayında terror hadisələri və dəniz qəzaları yaşana bilər. Hava, torpaq və suda təhlükələr söz mövzusudur. 17 martda ayın dolça bürcündə olmasıyla cəmiyyətdə qiyamlar ola bilər. Gəzi hadisələri olduğu zaman da Ay tutulması idi 'deyib.
'Təyyarə qəzalarına və sui-qəsdlərə diqqət'
Bir digər astroloq Fizil Özkul isə 17 martın risk daşıdığını, bütün dünyada kütləvi ölümlərin yaşana biləcəyini müdafiə edərək, 'Uran, 84 ildə bir qoç bürcünə gəlir. Mars və Uran ilk dəfə qovuşma halındadır. Ayın 20-ində balıq bürcündə tam bir günəş tutulması olacaq.
1999-cu ildə tam günəş tutulması aslan bürcündə olub və 'Mərmərə zəlzələsi' yaşanıb. Yenə bu tutulmalarda ölümlər arta bilər. Təyyarə qəzaları, partlayışlar, dövlət adamlarına sui-qəsd yaşana bilər 'deyə danışıb.
Özkul, 'Nə edə bilərik?' sualına isə bu cavabı verib: 'Doğum və ölüm nə qədər gerçəkdirsə, bu hadisələrin gətirəcəkləri də o qədər gerçəkdir. Edə biləcəyimiz bir şey yoxdur. İçimizi təmiz tutaq. Çox sıxlıq mühitlərə girməyək ' Mir.Az