Təcili yardımdan bayram xəbərdarlığı.

18 Mart 2015
1 035
0
Təcili yardımdan bayram xəbərdarlığı.
Təcili yardımdan bayram xəbərdarlığı.


"Novruz bayramı ilə bağlı Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyası gücləşdirilmiş iş rejimində çalışacaq”.
Bunu lent.az-a açıqlamasında stansiyanın operativ işlər üzrə şöbəsinin böyük həkimi Zemfira Vahidova bildirib.
Onun sözlərinə görə, gücləndirilmiş iş rejimi martın 20-dən 24-dək (ayın 24-ü də daxil olmaqla) davam edəcək: “Həmin günlərdə xəstəxana və poliklinikalar işləmədiyi üçün bütün müraciətlər təcili yardıma ünvanlanacaq”.
Z. Vahidova vətəndaşlara qidalarına fikir verməyi, qidalanmaya düzgün əməl etməyi məsləhət görüb: “Xüsusən də valideynlər diqqətli olmalıdırlar. Bayram günlərində xroniki qastritlə bağlı müraciətlər artır. Belə günlərdə ən çox müraciət də məhz bu xəstəliklərlə bağlı olur”.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.