Azərbaycanda evlənənlərin sayı artıb.

24 Mart 2015
1 209
5
Azərbaycanda evlənənlərin sayı artıb.
Azərbaycanda evlənənlərin sayı artıb.

2015-ci ilin ilk ayı ərzində Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,6 min nikah qeydə alınıb.

Feat.Az “qafqazinfo”ya istinadən xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə nisbətən çoxdur. Ötən ilin yanvar ayında isə Azərbaycanda rəsmi orqanlar tərəfindən 5,4 min nikah qeydə alınıb.

Bu il qeydə alınan boşanmaların sayı da ötən ilin müvafiq dövrü ilə müqayisədə bir qədər çoxdur. Bu ilin yanvar ayında ölkədə rəsmi orqanlar tərəfindən 1,1 min boşanma halı baş verib. Ötən ilin yanvar ayında isə bu göstərici 1,0 min olub.

Bu il əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub.

Azərbaycanda 2013-cü illə müqayisədə 2014-cü ildə nikahların sayı azalıb, boşanmaların sayı isə artıb. Ötən il Azərbaycanda 12,1 min nəfər boşanıb, 84,9 min nəfər nikah bağlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
nolsune burdan evlenib ordanda bosanirlar
More
  • More
  • 3 Nisan 2015 13:14
evLənənLəri nə edək??
User1
  • User1
  • 25 Mart 2015 16:15
tfu tfu masallah .....
.: Surly :.
Esii....Neyse..
..::TeHLuKe::..
melumata gore sagol