Şəhid məktubu 100 il sonra hamını ağlatdı

06 Nisan 2015
1 215
0
Şəhid məktubu 100 il sonra hamını ağlatdı
Şəhid məktubu 100 il sonra hamını ağlatdı


Dünyanın ən böyük müharibələrindən olan "Çanaqqala" zəfərindən 100 il keçir. Bu qəhrəmanlıq dastanını anlatmaq üçün indiyə qədər minlərlə şeir, kitab yazıldı onlarla film çəkildi. Lakin edilən bütün bu işlər cəbhədən yazılan əsgər məktubu qədər duyğulu olmadı.

Türkiyədə "Çanaqqala" zəfəri ilə əlaqədar keçirilən tədbirlərin birində tarixçi-professor Sertaç Kayserilioğlu saxladığı 100 illik əsgər məktubunu oxuyub. Çanaqqalada savaşan Zahid adlı bir baş leytenantın həyat yoldaşı Hənifə xanıma yazdığı məktub, dinləyənləri göz yaşlarına boğub. Məktubun içindən qırmızı dəsmala bağlı şəhidin qızı Nahidəyə aid olan bir ovuc saç da çıxıb.

Həmin məktubu təqdim edirik:

"Yüksək səslə ağlama"

"Bu günlərdə hər zamankından daha vacib bir savaşa girəcəyik. Hər müharibədə iştirak edən ölməz. Amma əgər mən ölsəm qətiyyən kədərlənmə. Məni və səni yaradan Allah bu dünyada bizi bir-birimizə qovuşdurdu. Şəhid olduqdan sonra əlbəttə ruhlarımız yenidən qovuşacaq. Vətən yolunda şəhit olacam. Ancaq sənə bir vəsiyyətim var. Birincisi mənim üçün qətiyyən ağlama. Əşyalarımın siyahısı var məktubun əlavəsində. Bunları sat. "Mihr-i muaccel" və"mihr-i müeccel" ini götür (evləndikdən və boşandıqdan sonra kişinin qadına ödədiyi puldur.) Əgər bunlar sənə olan borcumu ödəməsə haqqını halal elə. İlk gecə aramızda olan sözü unutma. Vəsiyyətimi aldığınız zaman heç kim ağlamasın. Yüksək səslə ağlama".
Şəhid məktubu 100 il sonra hamını ağlatdı
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.