Baxımlı olmanın 7 sadə sirri.

Baxımlı olmanın 7 sadə sirri.
Baxımlı olmanın 7 sadə sirri.

1) Saçlar

Bir qadının üzü nə qədər gözəl və baxımlı olursa olsun, bura mütləq saçlar təsir edəcəkdir. Saçların dağınıq və səliqəsiz olması qadının görünüşünə mənfi təsir edər. Buna görə də saç baxımı qadınlarımız üçün çox önəmlidir. Çalışın ki, üz quruluşunuza uyğun bir saç modeli edəsiniz.

2) Qaşlar

Qaşlar da qadının imicinə çox böyük təsir edir. Xüsusilə, qaşlarınızı alırsınızsa, mütləq hər həftə artıq çıxan tükləri alın. Bu sizə kiçik bir şey kimi görünsə də, xarici görünüşünüzə müsbət təsir edəcəkdir.

3) Gözəl bir dəri

Üzünüzə qulluğu heç zaman əsirgəməməlisiniz. Çoxlu maska və peelinglərin köməyi ilə üzünüzdə olan artıq ləkələrdən can qurtara bilərsiniz.

4) Makiyaj

Makiyaj qadınlar üçün hər zaman vazgeçilməzdir. Çalışın ki, makiyaj edərkən xırdalıqlara diqqət yetirin.

5) Manikür və pedikür

Gözəl görünmək üçün dırnaqların baxımlı olması gərəkdir. Kənardan baxıldığında ilk öncə qadının əlləri nəzərə çarpır. Ona görə də daima əlləriniz baxımlı olmalıdır.

6) Geyim

Geyim həmişə makiyaja saça uyğun olmalıdır. Geyim qadının qüsurlarını gizlətməlidir. Və əynində rahat olmalıdır.

7) Ətirlər

Sonda bütün bunları tamamlayan gözəl bir ətir secməlisiniz.Çünki, qadından gələn pis qoxu onun bütün gözəlliyini korlaya bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.