Arıqlamaq istəyənlər isti otaqdan uzaq durmalıdırlar.

10 Nisan 2015
1 374
0
Arıqlamaq istəyənlər isti otaqdan uzaq durmalıdırlar.
Arıqlamaq istəyənlər isti otaqdan uzaq durmalıdırlar.

London universiteti tərəfindən aparılan bir araşdırma evdəki temperaturun kökəlməyə təkan verdiyini ortaya çıxarıb.

Araşdırma qrupunun mütəxəssislərdən Fiona Conson bu haqda belə deyib: "Düzdür, kökəlmə prosesinə yediklərimiz və fiziki fəaliyyətlərimiz idarə edir. Ancaq istilik sistemləri kimi bəzi amillər də çəki üzərində təsirə malikdir".

Bədənimiz ilə evimizin temperaturu arasında nə kimi əlaqə var?

Əvvəla aparılan araşdırmalara görə, soyuq havaya məruz qalmaq daha asan yandırılan qəhvəyi yağ əmələ gəlməsini artırır. Həmçinin soyuq havada bədən temperaturunun aşağı düşməsinin qarşısını almağa çalışan metabolizmi sürətləndirir.

Əlbəttə ki, mütəxəssislər istilik sistemlərini söndürüb soyuqda donaraq oturmağı təklif etmirlər. Tədqiqatçılar 6 həftə ərzində günün 2 saatını 17 dərəcədə qalan adamların yağ nisbətinin 5.2 faiz nisbətində azaldığını və qəhvəyi yağ fəallığının 58% artdığını qeyd edirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.