Türkiyədə işləmək üçün icazə alan azərbaycanlıların sayı açıqlandı

28 Nisan 2015
1 838
0
Türkiyədə işləmək üçün icazə alan azərbaycanlıların sayı açıqlandı
Türkiyədə işləmək üçün icazə alan azərbaycanlıların sayı açıqlandı

“Bütün əcnəbilərin 3%-i”.

2014-cü ildə Türkiyədə işləmək üçün icazə almış azərbaycanlıların sayı 1274 nəfər olub.

Oxu.Az Haberturk-ə istinadən xəbər verir ki, bu barədə adıçəkilən ölkənin Məşğulluq və Sosial Təhlükəsizlik Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatında deyilir ki, ötən il bu ölkədə işləmək üçün 48 781 nəfər əcnəbiyə icazə verilib. Azərbaycanlıların bu seqmentdə payı isə 3% olub.

Türkiyədə işləmək üçün 1 icazə alan ölkələrin adları da açıqlanıb:

Belə ki, bu siyahıda Angola, İndoneziya, Ekvador, Birləşmiş Ərəb Əmirlikləri, Fransa, İrandiya, Tacikistan, Türkmənistan, Peru və s olmaqla 19 ölkə yer alıb.

Qeyd edək ki, iş icazəsi Türkiyədə konkret işi olanlara, əvvəlcə 1 il müddətinə verilir. Daha sonra icazənin müddəti daha 2 il artırılır. 3 illik müddət başa çatdıqdan sonra əlavə olaraq 3 il müddətinə xarici vətəndaşa Türkiyədə işləməyə icazə verilir.

Yerli vətəndaşlarla ailə qurmuş əcnəbilər üçün isə iş icazəsinin müddəti 5 il ola bilər.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.