Elza Seyidcahan: "Bu, bir zarafat deyil"

18 Mayıs 2015
1 365
0
Elza Seyidcahan: "Bu, bir zarafat deyil"
Elza Seyidcahan: "Bu, bir zarafat deyil"


Əməkdar artist Elza Seyidcahan göyün yeddinci qatında - təyyarədə konsert verəcək.

Axşam.az-ın məlumatına görə, müğənni "Onlar"a açıqlamasında bunun üçün artıq rəsmi icazənin də alındığını deyib:

"Bu, bir zarafat deyil. Elza Seyidcahan heç vaxt belə məsələdə zarafat etməyib. Artıq hazırlıqlara başlanılacaq. Mən boş-boş sözlərlə nə özümü reklam etmişəm, nə gündəmə gəlmişəm, nə də istəmişəm ki, məndən danışsınlar. Danışanlar da, kimi etdiyim layihələrə sənət prizmasından yanaşıb, kimi də bundan şou yaradıb parodiya edib. Ağız torba deyil ki, büzəsən. Təyyarədəki konsertim zamanı tamaşaçılara yemək də, əllərini silməyə dəsmal da veriləcək".

E.Seyidcahan son zamanlar makiyajdan az istifadə etməsinin tamaşaçıların istəyi olduğunu söyləyib:

"Son vaxtlar məndən xahiş edirlər ki, makiyajsız olum. Mən də gündəlik həyatda istifadə etmirəm. Bacım bu yaxınlarda şəklimi görüb, Amerikadan yazıb soruşur ki, niyə beləsən. Deyirəm camaat bunu istəyir".

Xatırladaq ki, Elzanın daha əvvəl Bakı-İstanbul reysində konsert verəcəyi ilə bağlı açıqlaması "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin sərt reaksiyasısına səbəb olmuşdu. AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli bunu mümkünsüz adlandırmışdı:

"İstər "Bakı-İstanbul" reysi olsun, istərsə də başqası, heç bir sənət adamı təyyarədə konsert verə bilməz. Qanunvericilikdə bu, qadağandır. Sərnişinləri mənzil başına çatdırmaq üçün müəyyən proqram var. Təyyarə o missiyanı yerinə yetirməkdən ötrü uçur. Orada hamı sakit oturur, kəmərlər bağlanır, təyyarə bələdçilərinin dediyinə əməl edir. Elza Seyidcahan isə konsert verəndə gərək rəqs etsin. Maşallah, onun enerjisi çoxdur".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.