Qulaq çöpləri niyə təhlükəlidir?
Bir çoxumuz üçün qulaq çöpləri vaz keçilməzdir. Gigiyenik və rahatlığı ilə çox köməyimizə gəlir. Ancaq mütəxəssislər qulaq çöplərinin çox təhlükəli olduğunu bildirirlər.
Qulaq çöpləri aşağıdaki problemlərə səbəb ola bilər:
Xarici qulaq yolu qəhvə rəngli maye ifraz edir. Xarici qulaq yolunu infeksiyalardan qoruyan bu maye normalda xarici qulaq yolu ilə bayıra atılır, ancaq biz onu görə bilmirik. Bayıra atılmasında problem yarandığında içəridə yığılıb qalır. Qulaq çöpündən istifadə etdikdə o kiri daha da içəri itələyirik.
Qulaq çöpləri eşitmənin itirilməsinə səbəb ola bilər. Çünki qəfil bir hərəkət qulaq pərdəsinin cırılmasına gətirib çıxara bilər ki, bu da karlığa səbəb olar. Ona görə də qulaq çöplərini çox diqqətlə istifadə etmək lazımdır.
Çalışın hamamdan və ya dənizdən çıxarkən qulağın nəmini silin amma qulaq çöpündən istifadə etməyin. Bunu salfetlə də edə bilərsiniz.
Mütəxəssislər qulağa xaricdən hər hansı müdaxilənin edilməsini düzgün hesab etmirlər.
Qulaq çöplərindən uzun müddətli istifadə nəticəsində qulaqda göbələk xəstəliyinin yarana biləcəyi bildirilir. Odur ki, qulağınızı sadəcə xaricdən təmizləyin.
Redakta etdi:Gulshen