16-cı mərtəbədən düşən uşaq sağ qaldı

28 Eylül 2014
1 629
0
16-cı mərtəbədən düşən uşaq sağ qaldı
16-cı mərtəbədən düşən uşaq sağ qaldı

Rusiyada valideynlərin ani ehtiyatsızlığı az qala faciəyə yol açacaqdı.
6 yaşlı uşaq avtomobilin üstünə düşüb.
ANS PRESS-in məlumatına görə, Moskvada 6 yaşlı uşaq 16-cı mərtəbədən yıxılaraq evin yanında dayanmış avtomobilin üstünə düşüb. Bunun nəticəsində uşaq sağ qalıb.

“Körpə son dərəcə ağır vəziyyətdə yerli xəstəxanaya çatdırılıb. Həkimlər onun müxtəlif dərəcəli ağır zədələr aldığını bildirir. Hələ ki, onun həyatı təhlükə altındadır”, - deyə polis açıqlama verib.

Otağın pəncərəsinin uşağın özünün açdığı vəya valideynlərin açıq qoyması, qısası hadisənin necə baş verdiyi hələlik məlum deyil.

Hazırda Moskva polisi faktla bağlı araşdırmalara başlayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.