Ən Pis Qidalanan Ölkələr hansılardır?

03 Nisan 2016
1 280
1
Ən Pis Qidalanan Ölkələr hansılardır?
Ən Pis Qidalanan Ölkələr hansılardır?

Yemək məsələsi Niderlandda ideal, Banqladeşdə bərbaddır
Oxfam International təşkilatının dünya ölkələrinin qida çatışmazlığı ilə bağlı tərtib etdiyi siyahı açıqlanıb. Musavat.com Lenta.ru saytına istinadən xəbər verir ki, yaxın ölkələr arasında ən gözlənilməz vəziyyət Rusiyaya aiddir. Belə ki, bu ölkə 44-cü yerdədir. Rusiya təxminən Tayland, Çili, Qazaxıstan və Meksika ilə eyni reytinq qazanıb. Araşdırma 125 ölkə arasında keçirilib.


Ümumi siyahının qalibi Niderlanddır. Ekspertlər bu ölkədəki qidanın keyfiyyətini ilə yanaşı, onun rəngarəngliyi və çatımlılığı ilə bağlı durumun da yüksək səviyyədə olduğunu təsbit ediblər. İlk üçlükdə İsveçrə və Fransa da olub. Maraqlıdır ki, Top20 siyahısına ABŞ, Yaponiya, Kanada və Yeni Zelandiya kimi ölkələr düşməyib. Liderlərin böyük əksəriyyəti Avropa bölgəsinə təsadüf edir. Yeganə istisna Avstraliyadır.

Ən pis qidalanan ölkələr sırasında isə Çad, Madaqaskar, Anqola və Efiopiya yer alır. Afrika 30 autsayder ölkə arasında ən çox yer tutan olub. 30-luğa isə Laos, Hindistan, Pakistan və Banqladeş kimi ölkələr daxildir.

Rusiya qida çatımlığı baxımdan aparıcı ölkələr sırasındadır. Bununla yanaşı, reytinqdə qeyd olunub ki, ruslar zərərli qidaları çox yeyirlər. Sözügedən səbəbdən ölkə bu siyahıda daha kasıb ölkələrlə rəqabətdə uduzub, onlardan daha aşağı yeri tutub. Araşdırma nəticəsində müəyyən olunub ki, ən faydalı qidaları yeyənlər islandlardır.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    men ele bilirdim ruslar qidalarina cox fikir verirler:)teshekkurler payalshim ucun

    men ele bilirdim ruslar qidalarina cox fikir verirler:)teshekkurler payalshim ucun
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.