Ən təhlükəli Dəmir Yolları - Siyahı

13 Nisan 2016
2 599
1
Ən təhlükəli Dəmir Yolları - Siyahı
Ən təhlükəli Dəmir Yolları - Siyahı

Dəmiryolu nəqliyyatının romantik əhval-ruhiyyənin artmasına səbəb olması, şübhəsiz həqiqətdir. Bəlkə də bu hiss, sizin pəncərə qarşısında əyləşərək bütün aləmi, ətrafınızda baş verənləri seyr etməyiniz zamanı gəlir. Ola bilsin burada sosial baxış və ya sadəcə olaraq gecə vaxtı dəmir yolunun ilıq atmosferinin təsvir olunduğu onilliklər ərzində çəkilən filmlər və yazılan kitablar mühüm rol oynayır. Nostalji xəyallara nüfuz edərək çoxları, dəmir yolunun yaranmasının təhlükəli iş olması barədə unudur və çox zaman çəkilən yolun əvəzi, insan həyatına başa gəlirdi. Sizlər üçün biz, insanlar tərəfindən nə vaxtsa salınmış ölümə aparan 8 ən təhlükəli dəmir yollarından ibarət kiçik məqalə hazırlamışıq.

1) Səmaya qalxan qatar, Argentina

Ən təhlükəli Dəmir Yolları - Siyahı

“Səmaya qalxan qatar” – Argentinada məşhur dəmir yollarından biridir. 130 mil (209,6 km) uzunluğa malik olan yol, səhranın böyük hissəsini qövs şəklində əhatə edir. Dəmir yolu nəqliyyatında olan turistlər, yaddaşlardan silinməyən dağ silsilələrindən və sonsuz səmadan gözəl şəkildə həzz almaq imkanına malikdirlər. Bundan əlavə, bu dəmir yolunun 1921-1948-ci illər ərzində tikintisi, 400-dən çox insanın həyatına son qoymuşdur. Təəssüflər olsun ki, tikintinin başa çatmasına yaxın, bu marşrut artıq köhnəldi. And dağlarından keçən hava və avtomobil yolları o qədər yaxşılaşdı ki, qatar lazım olmadı. Üzərində dəmir yolu çəkilən hündür körpülər, bu gün yalnız boş xülyanın vəfat etmiş inşaatçılarına abidə kimi qalıb.

2) Ağ aşırım, Alyaska-Kanada

Ən təhlükəli Dəmir Yolları - Siyahı

Ağ aşırımdan keçən dəmir yolu, 110 mil (177,4 km) uzunluğa malikdir. Bu inanılmaz uzunluq, cəmi 2 il ərzində salınmışdır. Bu məlumata əsaslanaraq təəccüblü deyil ki, qışda – yalnız təsəvvürümüzə gətirə biləcəyimiz ən sərt şəraitdə də işləmək lazım gəlirdi. Fevral ayında yolun salınması zamanı, dağların ən hündür yerində havanın temperaturu mənfi 60 dərəcəyə qədər düşürdü.

3) Ölümə aparan Dəmir Yolu, Tayland


Ən təhlükəli Dəmir Yolları - Siyahı

Bu dəmir yolu, yapon silahlı qüvvələrinin sərəncamı əsasında salınmışdır. 415 km uzunluğa malik olaraq, yol Banqkok və Ranqunu birləşdirirdi. Qeyd etmək lazımdır ki, yolun 13 km-ni körpülər təşkil edir. Ölümə aparan yol, insan üçün son dərəcə ağır şəraitlərdə tikilirdi. Beləliklə, bu yolun tikintisinə katorqa çəkən 180 min asiyalı və antihitler koalisiyasının 60 min hərbi əsiri yığılmışdı. Ümumilikdə, tikinti zamanı 116 min nəfərə yaxın insan ölmüşdür.

4) Sakit Okean dəmir yolu, ABŞ-Kanada

Ən təhlükəli Dəmir Yolları - Siyahı

Bu dəmir yolunun əsası 1881-ci ildə qoyulmuşdur. Yol əvvəl Kanadanın şərq hissəsini və Britaniya Kolumbiyasını birləşdirirdi. İndi bu yol, yüklərin daşınması üçün istifadə olunur. Sərnişin daşınması 1986-cı ildə dayandırılmışdır. 1984-cü ildə Selkirk dağlarında kanada tunelinin genişləndirilməsi üçün Mount Macdonal tunelinin tikintisi başlanmışdır. Ən uzun tunelin (14,7 km) ilkin sınağı 1988-ci ildə baş tutdu. Hal-hazırda yol, ABŞ-ın Nyu-York, Çikaqo, Minneapolis kimi iri şəhərlərindən keçərək Vankuverdən Monreala qədər uzanır.

5) Duffyʼs cut, Pensilvaniya


Ən təhlükəli Dəmir Yolları - Siyahı

Filadelfiyadan olan podratçı 1832-ci ildə meşədən 30 mil (48,4 km) yolun salınması məqsədilə 57 irlandiyalı fəhlə tutmuşdur. İşin başlanmasından 2 ay sonra vəba xəstəliyi vilayəti bürüdü ki, bu da kütləvi çaxnaşmaya səbəb oldu. Epidemiyanın azalması vaxtı bütün fəhlələr ölmüşdü. Onlar qardaş qəbirstanlığında dəfn olundular. Bu hadisədə hər şey göründüyü kimi sadə deyil. Məsələ bundadır ki, qardaş qəbirstanlığının 2009-cu ildə qazılması, qətl həqiqətlərini təsdiq etdi.

6) Panama dəmir yolu


Ən təhlükəli Dəmir Yolları - Siyahı

Panama dəmir yolunun yaranma tarixi, dəmir yolları tarixində bəlkə də ən murdarından biridir. İnşaat zamanı 10000-ə yaxın insan ölmüşdü. Buna, aralarında malyariya və sarı qızdırma (tropik ölkələrdə yayılmış ağır yoluxucu xəstəlik) da olan xəstəliklər səbəb oldu. İşləmək üçün şərait son dərəcə ağır idi, lakin bu, tikinti şirkətini qətiyyən narahat etmirdi. Təsadüf idi ki, o vaxtlar meyitlər gəlir gətirirdi. Məsələ bundadır ki, avropa tibb məktəbləri ölüləri tədris prosesi üçün alırdı. Tikinti şirkəti meyitləri bu məktəblərə böyük pul müqabilində çatdırırdı.

7) Hotard tuneli, İsveçrə


Ən təhlükəli Dəmir Yolları - Siyahı

Qayanın içindən 9 mil (14,5 km) məsafədə salınmış bu dəmir yolunun kiçik olmasına baxmayaraq o, 200 insanın həyatına son qoymuşdur. Məsələ bundadır ki, tunellər pis yoxlanılırdı, ona görə də bəzi sektorlar tez-tez suya qərq olur və ya dağılırdı. 1875-ci ildə isveçrəli fəhlələr, ordu tərəfindən tez yatırılan qiyam qaldırdı. Toqquşma nəticəsində 4 insan ölmüş, 30 nəfər yaralanmışdır.

8) Müasir dəmir yolları, Çin

Ən təhlükəli Dəmir Yolları - Siyahı

Nəhayət biz, Çinə və onun müasir dəmir yollarına qədər gəlib çatdıq. Çin yollarının yaranma tarixi, bizim bu siyahımızda olan digər tarixlərdən elə də fərqlənmir. Mövcud olmayan təhlükəsizlik texnikası, keyfiyyətsiz tikinti və dəmir yolu fəhlələrinə qarşı etinasız münasibət barədə şayiələr – heç də şayiə deyil. Hətta bu günümüzdə də dəmir yolunun inşaası və ya dəyişdirilməsi, insan həyatına başa gəlir.
Əvvəlki Xəbər
RƏYLƏR
  1. allah bendesi
    hansi agilla bu demir yollarini cekibler goresen o qeder insan heyatina son qoyub...en coxsa Panama demir yolunda 10000 ne yaxin insanin olmesi bes deyilmish kimi meydleri tibb mekteblerine pul qarshiliginda satmalari oldu insanliqdan uzaq insan adlandirilan mexluqlarin hereketlerine bax ncnc ... cox sag olun maraqli paylashim ucun ellerinize sagliq
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.