İnsanın xarakterini dəmir müəyyənləşdirir.
Min illər öncə əlkimyaçılar iddia edirdilər ki, xarakteri insan orqanizmində olan minerallar müəyyənləşdirir. Orqanizmdəki kimyəvi elementlərin çoxluğu və ya azlığı fərdin xarakterində öz əksini tapır. Bəs insanın həyat tərzinə ən çox təsir edən minerallar hansılardır?
Dəmir. Kimin orqanizmində bu maddə çoxdursa, onlar daha çox aktiv fəaliyyətlə məşğul olurlar. Onlar əmr verməyi xoşlayırlar. Bu səbəbdən də belə insanlar yaxşı hərbçi və müəllim olurlar. Orqanizmdə dəmir çoxluğu isə hüceyrələri dağıdaraq qocalığa yol açır. Bədəndə olan dəmirin əsas mənbəyi isə mal ətidir.
Qurğuşun. Bədənində bu maddənin çox olduğu insanlar ləng olurlar. Qurğuşunun orqanizmə təsirini bal azalda bilər.
Merkuri. Bədəndə bu maddə çox olarsa, insan qiybətcil olur. Onlar bir yerdə otura bilmirlər, tez-tez nəsə biclik işlətməyə çalışırlar. Onların sirr saxlamaq qabiliyyətləri sıfıra bərabərdir.
Gümüş. Bu, emosional insanların metalıdır. Orqanizmində gümüş çox olan insanlar hər zaman başqalarına yardım etməyə hazırdırlar. Gümüş çatışmazlığı isə insanı etibarsız edir.
Qızıl. Bədənində bu bahalı maddənin miqdarı çox olan insanlar comərd və xeyirxah olurlar. Onlar qonaqları sevirlər. Daha çox oxumaq və klassik musiqilərə qulaq asmağa meyl edirlər.