Ermənilər ATV-nin operatorunu yaraladılar - VİDEO

26 Nisan 2016
1 285
1
Ermənilər ATV-nin operatorunu yaraladılar - VİDEO
Ermənilər ATV-nin operatorunu yaraladılar - VİDEO

Ötən gecə erməni hərbi birləşmələri növbəti dəfə cəbhə xəttində təxribatlar yaradaraq atəşkəs rejimini pozub.

Atışma zamanı ərazidə reportaj hazırlayan Azad Azərbaycan televiziyasının (ATV) Qarabağ bürosunun operatoru Vicay Vəliyev qəlpə yarası alıb.

Operator V. Vəliyev sayta bildirib ki, cəbhənin Tərtər rayonu Qarağacı kəndi istiqamətində erməni hərbi birləşmələrinin atdığı mərmi partlayıb və qəlpələrdən biri onun ayağına dəyib.
Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müayinəyə göndərilib.


report.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    ALLAH shefasini versin inshALLAH...
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.