Kraliça saqqız təmizləyən işçi axtarır

04 Ekim 2014
1 476
0
Kraliça saqqız təmizləyən işçi axtarır

Kraliça saqqız təmizləyən işçi axtarır

Kraliça saqqız təmizləyən işçi axtarır
İngiltərə kraliçası İkinci Elizabet kraliyyətə məxsus mənzillərdə saqqız ləkələrini təmizləyə biləcək xidmətçi axtarır.

FeaT.Az xarici mətbuata istinadən xəbər verir ki, sarayın rəsmi internet səhifəsində yerləşdirilən bu iş elanına görə axtarılan xidmətçi xüsusi mərasimlərdə stollara, yerlərə yapışdırılan saqqızları təmizləməklə məşğul olacaq. Onun bu xidmətinə görə isə 16 min sterlinq maaş veriləcək.

Bundan başqa Buckingham sarayı da daxil olmaqla digər mənzillərdə saqqız ləkələrini təmizləməli, pilləkənləri silməli, kraliçanın yatağını yığışdırmalı, boşqablarını yumalıdır.

Saraydan verilən açıqlamaya görə, gələn qonaqlar saqqızlarını stollara yapışdırıb gedirlər.

Onu da qeyd edək ki, hər il 250 min insan sarayı ziyarət edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.