Ermənistanın “Eurovision” təxribatı ilə bağlı qərar verildi

11 Mayıs 2016
1 318
0
Ermənistanın “Eurovision” təxribatı ilə bağlı qərar verildi
Ermənistanın “Eurovision” təxribatı ilə bağlı qərar verildi

Avropa Yayım Birliyi bəyanat yaydı.

Avropa Yayım Birliyi (AYB) Ermənistan ifaçısının qondarma “Dağlıq Qarabağ respublikası”nın “bayrağı”nı “Eurovision”a gətirməsi ilə bağlı bəyanat yayıb.

FeaT.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bəyanatda Avropa Yayım Birliyi və qurumun nəzarət qrupu tərəfindən Ermənistan təmsilçisinin birinci yarımfinal mərhələsi zamanı gözləmə otağında qondarma qurumun “bayrağı”nı dalğalandırmasını pisləyib. Bəyanatda bildirilir ki, AYB bu cür hadisələrin “Eurovision” mahnı müsabiqəsinin adına zədələyici təsir göstərəcəyini hesab edir. Nəzarət qrupu qaydalara əsasən Ermənistanın yayım hüququ olan “AMPTV”yə qarşı sanksiya tətbiq etməyi qərara alıb. Sanksiyanın nəticəsi nəzarət qrupunun bu ilin iyununda keçiriləcək növbəti iclasında müəyyən olunacaq.

Bəyanatda o da vurğulanır ki, Avropa Yayım Birliyi Ermənistan ilə Azərbaycan arasında mövcud olan gərginlikdən xəbərdardır. “Eurovision” mahnı müsabiqəsinin canlı yayımı zamanı Ermənistan təmsilçisi tərəfindən bu bayrağın dalğalandırılması müsabiqənin qaydalarının ciddi şəkildə pozulması deməkdir. Qaydalara əsasən yayım zamanı hər hansı bir qurumun, müəssisənin, təşkilatın siyasi və ya digər səbəbdən təbliğinə icazə verilmir.

Avropa Yayım Birliyi Ermənistan tərəfindən tolerantlıqdan sui-istifadə edərək qaydaları pozmamağı tələb edir.

Nəzarət qrupu bir daha bəyan edir ki, qaydaların pozulması ölkənin bu il müsabiqədən kənarlaşdırılması və digər əlavə tədbirlərin tətbiqi ilə nəticələnə bilər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.