Türkiyə mətbuatı: Bu görüntü Azərbaycanı ayağa qaldırdı

12 Mayıs 2016
1 550
0
Türkiyə mətbuatı: Bu görüntü Azərbaycanı ayağa qaldırdı
Türkiyə mətbuatı: Bu görüntü Azərbaycanı ayağa qaldırdı

İsveçin paytaxtı Stokholmda baş tutan "Eurovision" müsabiqəsinin birinci yarımfinalında erməni təmsilçisi İveta Mukuçyanın əlində qondarma Dağlıq Qarabağ bayrağı ilə görünməsi böyük səs-küyə səbəb olub.

Feat.az-ın Axşam.az-a istinadən verdiyi məlumata görə, hadisəyə dünya mediası da biganə qalmayıb. İsveç mətbuatı ilə yanaşı, Türkiyə saytları da ermənilərin qaydaları pozmasından yazıb.

Belə ki, "haberler.com" saytı "Eurovision"dan erməni komandasına bayraq araşdırması" başlıqlı yazı hazırlayıb.

Yazıda məsələ ilə bağlı bunlar qeyd olunub:

"Yarışda erməni təmsilçinin Ermənistan işğalı altında olan Azərbaycana məxsus Dağlıq Qarabağda yaradılan qondarma respublikanın bayrağını qaldırmasını araşdırmağa başlayıb. Məsələ ilə bağlı iclas keçiriləcək. Avropa Yayım Birliyi rəhbəri Sietse Bakker qadağan edilmiş bayraqlar sırasında yer alan bu bayrağı daşıyan komanda haqqında müzakirələr aparacaqlarını bildirib. Araşdırma sonunda komandanın cəza ala biləcəyini deyən Bakker ermənilərin yarışdan uzaqlaşdırılma fikirlərinin olmadığını deyib.

Erməni müğənnidən qəribə müdafiə

"Eurovision"da "LoveWave" mahnısını oxuyan və finala vəsiqə qazanan İveta Mukuçyan "Qadağan edilmiş bayrağı niyə əlinizdə tutdunuz?" sualına belə cavab verib:

"Unutmayın ki, mən qəlbimlə, duyğularımla və düşüncələrimlə ölkəmi təmsil edirəm. Ölkəmin düşüncəsini burada 150 milyon izləyiciyə çatdırıram. Barışıq istədiyimi də bağıraraq deyirəm. Bütün dünyadakı ermənilər barışıq istəyirlər".

Azərbaycanlı jurnalistin sualına müdaxilə

Azərbaycanı "Miracle" mahnısı ilə təmsil edən Səmra Rəhimli də finala qaldığı üçün çox xoşbəxt olduğunu deyib. Bir azərbaycanlı jurnalistin Rəhimliyə işğal altındakı qondarma Dağlıq Qarabağı soruşmasına İsveçrənin dövlət telekanalı SVT-nin nümayəndəsi Covan Radomir müdaxilə edərək: "Xahiş edirik, burada təxribat etməyin", - deyib. Bundan sonra Səmra da siyasi məsələlərə qarışmadığı cavabını verib. Rəhimli daha sonra: "Finala qaldığım üçün çox xoşbəxtəm. Bu mənim üçün böyük qürurdur. Heç kim dualarını əsirgəməsin. Qardaş ölkə Türkiyə, sizi çox sevirəm. Burada sizi də təmsil edirəm", - deyib.

Bask bayrağı siyahıdan çıxarılıb

Yarışdan əvvəl Stokholm "Globen" arenanın rəsmi internet saytında "qadağan olunmuş bayraqlar" siyahısında Fələstin, Kosova, Krım, Şimali Kipr Türk Cümhuriyyəti və Bask bayraqları yer alıb. Onların "dövlət bayrağı" olmadığı iddia edilərək yarış sırasında açılmayacaqları bildirilib.

"Eurovision"a İspaniyadan gələn etirazlardan sonra Bask bayrağı siyahıdan çıxarılıb. Yarışın baş tutduğu salonda özəl, separatçı, reklam, siyasi və ya dini mesajlar, təhqirlər yer alan bayraqların və şüarların olmaması əvvəlcədən bəyan edilib"
.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.