Müdafiə nazirləri Azərbaycana toplaşır
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəsmi dəvətilə mayın 14-də Gürcüstanın Müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının Milli Müdafiə naziri cənab İsmət Yılmazın Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Müdafiə Nazirliyindən Publika.az-a verilən məlumata görə, səfər çərçivəsində Qəbələ şəhərində nazirlər arasında təkbətək və üçtərəfli formatda danışıqlar nəzərdə tutulub. Müdafiə nazirlərinin Qəbələ şəhərinə səfəri mayın 15-dək davam edəcək.