Abituriyentlərə qəbul imtahanı üçün məsləhətlər

15 Mayıs 2016
2 415
0
Abituriyentlərə qəbul imtahanı üçün məsləhətlər
Abituriyentlərə qəbul imtahanı üçün məsləhətlər

İlk öncə, Sizdən nə qədər çətin olsa da, sakitliyinizi qorumağınızı xahiş edirik. Necə deyərlər, keep calm. Normal insan beyninin işləmə faizi 15% faizdir. Panikaya qapıldıqda, Siz onsuzda az olan faizi bir az da azaldırsınız.

İkinci, imtahana gedərkən özünüzlə lazımlı sənədlərlə yanaşı əlavə 3-4 mürəkkəb axıtmayan göy qələm və mütləq su götürün.

Üçüncü, kitabçalar paylandıqdan və "imtahan başlandı" cümləsindən sonra ən yaxşı bildiyiniz iki fənni seçin. Bu iki fənn arasında da daha yaxşı bildiyinizi ən sona saxlayın (çünki nə qədər də sonda yorğun olsanız, onu mütləq edə biləcəksiniz). Başlayın ikinci dərəcəli yaxşı bildiyiniz fənndən. Sonra digər orta bildiyiniz fənnləri işarələyin və ən sonda axıra saxladığınız əla bildiyiniz fənni yazın.

Dördüncü, vaxt bölgüsünə ciddi riayət edin. Hər fənnə 30 dəqiqə ayırın. Bu vaxta riayət etsəniz, sonda kodlaşmaya yarım saat vaxt qalır. Bu Sizə bəs edəcəkdir.

Beşinci, sualın cavabını bilmirsinizsə, cavab atmayın. Qoyun o sualın balı 0 (sıfır) hesablansın, nəinki artıq bal çıxsın.

Altıncı, çətin suallar üzərində çox baş sındırmayın. Gördünüz bir az çətindir buraxıb növbəti suala keçin. Asanları edin ki, çətinə vaxt qalsın.

Yeddinci, yanınızda oturanlara əsla və əsla kömək etməyin. İmtahan vicdan yeri deyil. O Sizin konkurentinizdir və sabah gəlib Sizin yerinizi tuta bilər. Ən əsası da, köçürülmə aşkarlanarsa, imtahandan aktlaşdırılaraq çıxarıla bilərsiniz. Bu daha da pisdir.

Bütün bu məsləhətlər şəxsi təcrübədən əsaslanaraq sınaqdan keçirilmişdir və onları demək olar ki, heç yerdə eşitməyəcəksiniz.

wsemir.com
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.