Azərbaycan Ordusu şəhid verdi

17 Mayıs 2016
1 698
2
Azərbaycan Ordusu şəhid verdi
Azərbaycan Ordusu şəhid verdi

Münaqişəyə dair danışıqlara məhəl qoymayaraq Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində əsgərimiz şəhid olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, münaqişəyə dair danışıqlardan dərhal sonra Ermənistanın silahlı qüvvələri tərəfindən qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində mayın 17-də Silahlı Qüvvələrimizin hərbi qulluqçusu əsgər Tahirli Natiq Namiq oğlu şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına, əzizlərinə dərin hüznlə başsağlığı verir və səbir diləyir!

Dərhal görülən tədbirlər nəticəsində qarşı tərəfin canlı qüvvəsi məhv edilib.

Müdafiə Nazirliyi bir daha bildirir ki, baş verəcək hadisələrə və qarşı tərəfin itkilərinə görə məsuliyyət bütövlüklə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.
]
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. allah bendesi
    heqiqeten artiq yazmaga soz bele qalmayib:((ALLAH Rehmet etsin ailesine sebr versin mezari nurla dolsun
  2. ALA GOZ
    AMAN ALLAHIM YENƏMİ :( :( :( OFFF DAHA ÜRƏYİMİZ PARCA PARCA OLDU
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.