Vyana görüşündə ermənilərə və bizə sərf edən nə baş verdi?

17 Mayıs 2016
1 143
0
Vyana görüşündə ermənilərə və bizə sərf edən nə baş verdi?
Vyana görüşündə ermənilərə və bizə sərf edən nə baş verdi?

Vyana görüşü gözlənilən kimi nəticələndi. Yəni heç nə ilə nəticələnmədi.

Bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu bildirib.
Mərkəzin rəhbərinin sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Vyana görüşündən sonra ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı ortaq bəyanatı münaqişənin həlliylə bağlı əsas məsələnin mahiyyətindən çox, yenə də detallarla boldur. "Şeytan" isə bildiyiniz kimi detallarda gizlənib. Bu detallar indiki halda bizim əleyhimizədir:
"Birinci detal: "Münaqişə hərbi yolla həll edilə bilməz". Bal kimi də həll edilə bilər. Ermənistan danışıqları əvvəlkitək uzadacaqsa, Azərbaycanın qarşı tərəfə apreldə olduğu kimi gücünü göstərməkdən başqa alternativi qalmayacaq.

İkinci detal: "Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər". Başqa sözlə, vasitəçilər insidentləri araşdırmaq istəyirlər. Bu, Ermənistanın çoxdankı istəyidir. Çünki insidentlərin araşdırılması Ermənistanın "status-kvo"nu uzatmaq siyasətinə uyğundur. Biz işğalçı Ermənistan ordusunu Ağdam, Füzuli və digər istiqamətlərdə daima təzyiq altında saxlamasaq, İrəvan öz xoşu ilə işğal altındakı torpaqları boşaldarmı? Boşaltsaydı, bunu 22 il ərzində edərdi. Ona görə də Ermənistan hakimiyyəti Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayana qədər insidentlərin araşdırılmasına razılaşmaq olmaz. Necə ki, işğal ortadan qaldırılmayana qədər snayperləri və ağır hərbi texnikanı da geri çəkə bilmərik. ATƏT-in bəyanatı imzalanan sənəd deyil, üzərimizə məsuliyyət qoymur, ona görə də bəyanata riayət etmək kimi öhdəliyimiz də yoxdur".
E.Şahinoğlu qeyd edib ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun açıqlamasında bir cümlə həmsədrlərin bəyanatından daha çox diqqət çəkir: "Lavrov deyib ki, "çox güman ki, tərəflər arasında vəziyyətin kifayət qədər gərgin olduğunu nəzərə alaraq, münaqişənin nizanlanmasını mərhələli şəkildə etmək lazım olacaq". Bu cümlə o deməkdirmi ki, vasitəçilər Ermənistanı status məsələsini qabartmadan Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunmasına razı sala bilərlər? Yaxın iki ayda bu cümlənin arxasındakı məntiqi görməliyik. Əgər əvvəlkitək Ermənistan hakimiyyəti 5 rayonun boşaldılmasını Dağlıq Qarabağın statusunu müəyyənləşdirəcək referendum tarixinə bərabər tutacaqsa, Lavrovun sözlərinin əhəmiyyəti olmayacaq və danışıqlar apreldən əvvəlki vəziyyətinə qayıdacaq".
Lakin politoloqun fikrincə, bütün hallarda Vyana görüşü Azərbaycana lazım idi: "Çünki bu, cəbhə bölgəsində aprel uğurumuzdan sonra prezidentlərin vasitəçilərin iştirakı ilə ilk görüşü idi. Bütün dünya gördü ki, Azərbaycan əbədiyyətə qədər nəticəsiz danışıqlardan bezib və işğal altındakı torpaqları azad etmək əzmindədir. Vyana bu əhval-ruhiyyənin daşıyıcısına çevrilməli idi. Ancaq əgər Vyanadan sonrakı müddətdə Ermənistan heç bir addım atmazsa, növbəti görüşlər bizim əleyhimizə işləyə bilər. Çünki münaqişənin həllində konkret addımlar atılmadan görüşlərin davamı dövlət başçısı İlham Əliyevin dediyi kimi, imitasiya xarakteri daşıyacaq. İmitasiya isə status-kvonun davamı deməkdir. Ona görə də səngərdəki hərbçimiz silahı əlində apreldə olduğu kimi möhkəm tutmalıdır".
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.