Azərbaycan yenidən “SÜLH DALANI”na itələndi - Prezidentlərin Vyana görüşünün yekunlarına dair bəyanat

17 Mayıs 2016
1 292
1
Azərbaycan yenidən “SÜLH DALANI”na itələndi - Prezidentlərin Vyana görüşünün yekunlarına dair bəyanat
Azərbaycan yenidən “SÜLH DALANI”na itələndi - Prezidentlərin Vyana görüşünün yekunlarına dair bəyanat

Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarqsyan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını bəyan ediblər

Bu barədə ATƏT-in Minsk qrupunun görüşün yekunlarına dair yaydığı bəyanatında bildirilir.

Bəyanatda qeyd olunur ki, Dağlıq Qarabağ münaqişəsi hərbi yolla həll edilə bilməz. Həmsədrlər tərəfləri 1994-cü və 1995-ci illlərdə imzalanmış atəşkəs rejiminə dair razılaşmaya riayət etməyə çağırıblar.

“Prezidentlər atəşkəsə və münaqişənin sülh yolu ilə nizamlanmasına sadiq olduqlarını təsdiqləyiblər. Tərəflər təmas xəttində gərginliyi azaltmaq üçün qısa müddət ərzində ATƏT-in araşdırıcı mexanizmləri üzərində işi başa çatdırmaq barədə, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mövcud İdarəsinin səlahiyyətlərinin genişləndirməsi barədə razılığa gəliblər”, sənəddə vurğulanır.

Tərəflər həmçinin Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) himayəsi altında itkin düşmüş şəxslər barəsində məlumatların mübadiləsini davam etdirmək barədə razılığa gəliblər.

“İlham Əliyev və Serj Sarkisyan münaqişənin hərtərəfli nizamlanmasına dair dialoqun bərpası üçün danışıqların növbəti raundu barədə razılığa gəliblər. İyun ayında Azərbaycan və Ermənistan prezidentləri növbəti danışıqların yerini və vaxtını təyin edəcəklər”, bəyanatda deyilir.

Həmsədrlərin bu bəyanatı və Vyana görüşünə dair digər açıqlamalar Prezidentlərin görüşündə irəliləyişin, xüsusən də Azərbaycanın maraqları çərçivəsində irəliləyişin baş verdiyini şübhə altına salır. Sanki, beynəlxalq güclər bu görüşü təşkil etməklə, 1 aprel tarixinə olan vəziyyətin bərpasını qarşılarına əsas məqsəd kimi qoyublar və bu məqsədə nail olmaqdadırlar. Azərbaycan tərəfinin üzərinə “münaqişənin sülh yolu ilə nizamlanmasına sadiqlik” öhdəliyinin qoyulması da bundan xəbər verir. Qarabağ münaqişəsinin Azərbaycanın maraqları çərçivəsində sülh yolu ilə həlli şansı olmadığına isə, heç bir şübhə yoxdur. Təəssüf ki, 4 günlük müharibə zamanı əldə etdiyimiz hərbi və psixoloji üstünlüyün, diplomatiya sahəsində təkrarlanmadığının şahidi olmaqdayıq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
  1. ALA GOZ
    GOREK İNDİ NE OLACAQ DAHA NE QEDER Analar GOZU YASLLİ QALACAQ
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.