Nokia Yenilikləri ilə Geri Qayıdır!
Mobil telefonların inkişafında böyük rol oynasa da, iki il əvvəl rəqabətin qızışması ilə bazardan uzaqlaşan şirkət digər fin şirkəti HMD Global Oy ilə müqavilə bağlayaraq, yenidən Nokia markalı telefonların istehsalına başlayacağını elan etdi.
Uzun illər dünyanın ən çox satılan mobil telefon markası Nokia, xüsusilə Apple və Android smartfonlarının yüksəlişindən sonra, hissələrini Microsoft şirkətinə sataraq telefon bazarından çıxmışdı. Müqavilə şərtlərinə əsasən Nokia şirkəti Microsofta iki il ərzində rəqib olmayacaqdı.
Ancaq telefon patentlərini əlində saxlayan şirkət bu yaxınlarda geri dönəcəyini açıqladı. Nokianın patent şöbəsinin rəhbəri Ramzi Haidamus, “Nokianın özü mobil telefon sektoruna birbaşa girməsə də, HMD’nin istehsal edəcəyi telefon və tabletlərə Nokia markasının adının veriləcəyək,” – deyir.
Bundan başqa, Microsoft ucuz telefon şöbəsinin hissələrini 350 milyon dollar qarşılığında yeni Nokiaları istehsal edəcək HMD’yə satdıqlarını açıqladı. Bununla da, HMD Nokia markası ilə telefon istehsal edən tək şirkət oldu.
Nokia və HMD yeni telefonların nə zaman satışa çıxacağını açıqlamasa da, bunun gələn il olacağı güman edilir.
pahoo.az