"Apple" rekord sayda "iPhone 7" istehsal edəcək
Trend "Economic Daily" qəzetinə istinadən xəbər verir.
Bu, son 2 il ərzində "iPhone" üçün istehsal ediləcək telefon hissələrinin rekord göstəricisi olacaq. Analitiklərin ilkin proqnozlarına əsasən, bu il 65 milyon yeni smartfon istehsal edilməli idi.
Qəzetin məlumatına əsasən, Tayvanın "Foxconn" şirkəti yenə də "iPhone 7" üçün komponentlərin əsas tədarükçüsü olacaq. Eyni zamanda Tayvanın "Pegatron Corp" şirkəti yeni smartfonlar üçün avadanlıqlar istehsal edəcək.