3 gündə 10 milyon iPhone 6 satıldı.
Apple şirkəti on birinci dalğa ölkəsində ilk üç satış günündə 10 milyondan çox iPhone 6 və iPhone 6 Plus smartfonu satıb.Bu haqda Appleın saytında yazılıb.
Apple yeni nəsil iPhone smartfonlarını sentyabrın 9-da nümayiş etdirib və sentyabrın 19-da qurğu ABŞ,Avstraliya,Honkonq,Kanada,Almaniya,Böyük Britaniya,Puerto-Riko,Sinqapur,Fransa və Yaponiyada satışa çıxarılıb.
Amma şirkət etiraf edib ki,tədarükçülər tələbatı təmin etmək üçün kifayət qədər smartfon istehsal etməyə nail olmayıblar.
Sentyabrın 26-dan iPhone 6 və iPhone 6 Plus smartfonları daha 20 ölkənin bazarına çıxarılacaq.Apple ilin sonunadək yeni modellərini 115 ölkədə əlçatan olacağına söz verib.