Sapfir ekranlı smartfonlar
“Apple” korporasiyası smartfonların şüşəsini bərk sintetik sapfir ilə əvəz etməyi təklif edib.
Milli.Az-ın ictnews-a istinadən verdiyi məlumata əsasən, hələ ki dəyişikliklər təkcə smartfonların bahalı modellərinə aid ediləcək, lakin bir müddət sonra digər “iPhone” qurğularında da eyni materialdan istifadə nəzərdə tutulub.
Amerika şirkəti 2013-cü ildən etibarən istehsal etdiyi məhsullarda kiçik həcmdə də olsa sapfirdən istifadə edir. Belə ki, “iPhone 5s” və “5с”-nin kamerasının obyektivinin təchiz edildiyi yüksək möhkəmliyə malik olan şüşə, həmçinin “iPhone 5s”də tətbiq edilmiş “evə” düyməsində istifadə edilib