WhatsApp-da bu elana İNANMAYIN - FOTO
Dünyanın ən populyar mobil messenceri olan WhatsAppda yeni virus yayılır. "WhatsApp Gold" tarifinə keçid elanı olan bu mətn messencerin istifadəçilərinə göndərilir.Feat.Az türk mətbuatına istinadən bildirir ki, bu elan virus olduğundan, orada göstərilmiş linkə klikləyən istifadəçi mobil telefonundakı fərdi məlumatların hamısından hakerlərin yararlanmasına şərait yaradır. Çünki klikləmədən sonra smartfona dərhal virus proqram yüklənir."WhatsApp Gold" tarifi yoxdur və onun istifadəyə verilməsi nəzərdə tutulmayıb. Belə bir elan sizə gələrsə əsla klikləməyin. Elanı messencerinizdən silin.