“May ayının adı dəyişdirilib Öndər ola bilər”. - Ayların adı dəyişə bilər - TƏFƏRRÜAT

22 Mayıs 2016
1 644
0
“May ayının adı dəyişdirilib Öndər ola bilər”. - Ayların adı dəyişə bilər - TƏFƏRRÜAT
“May ayının adı dəyişdirilib Öndər ola bilər”. - Ayların adı dəyişə bilər - TƏFƏRRÜAT

Yeni Nəsil Gənclərin İnkişafına Dəstək İctimai Birliyinin Sədri Atatürk Kamallı maraqlı təkliflə çıxış edib.
Təşkilat sədri Azərbaycanda ayların adının dəyişdirilməsini təklif edib.
Feat.Az oxu.az-a istinadən xəbər verir ki, təşkilat sədri öz tərəfindən milli janrda tərtib olunmuş təqvimi Azxeber.com-a təqdim edib :
Yanvar ayının adı dəyişdilib - İlk ay (İlkin) ola bilər - Bu ilin başlanması ilə əlaqədar.
Fevral ayının adı dəyişdirilib - Çilə ola bilər - Qədim deyimlərə görə bu ayda çilə girir. Çilə, qışın Bahara, əslində tabe olmaq istəməməsini göstərmək üçün, havaların sonuncu sərtliyini göstərməklə, bahara təsliminə işarədir.
Mart ayının adı dəyişdirilib Novruz ola bilər- Azərbaycan xalqının milli bayramlarından, baharın gəlməsini bildirən, Novruz bayramna işarədir
Aprel ayının adı dəyişdirilib Gilavar ola bilər - Bu ayda adətən küləyin gilavardan əsməsini, yaz küləyi ilə yaz yağışının gəlməsini bildirir.
May ayının adı dəyişdirilib Öndər ola bilər - Bu ayda müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyev doğulmuşdur (qədim romalılar təqvim tərtib edərkən öz qəhramanlarının adlarından istifadə etmişlər, Oktavian – oktyabr, Avqust – avqust, Yuli Sezar – İyul bunlar tarixi faktdır).
İyun ayının adı dəyişdirilib Pirşağı ola bilər – Bakının qədim yaşayış məskəni olmaqla bərabər, sahilyanı oldugu üçün, çimərlik vaxtının olmasını bildirir.
İyul ayının adı dəyişdirilib Novxanı ola bilər.
Avqust ayının adı dəyişdirilib Nabran ola bilər – bu ayda şəhər əhalisini ən cox istirahət və çimərlik üçün getdiyi məkan.
Sentyabr ayının adı dəyişdirilib Şanı ola bilər – Bakı Abşeron yarımadasında bitən üzüm növüdur ki, yalnız bu ərazidə bitir və onun bol olan vaxtına işarədir.
Oktyabr ayının adı dəyişdirilib Güleyşə ola bilər - El arasında və artıq Avropada yaxşı tanınan turşməzə nar sortudur. Məkan etibarı ilə Göyçay rayonundan başqa ərazidə becərildikdə, həmin dadı-tamı əks etdirmir.
Noyabr ayının adı dəyişdirilib Xəzri ola bilər – Adətən bu ayda Bakı kuləkli keçir, kuləyin istiqaməti Xəzər dənizindən olmaqla qışın gəlməsini bildirir.
Dekabr ayının adı dəyişdirilib İlaxır (Həmrəylik) ola bilər – İlin son ayını bildirirməklə, eyni zamanda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə, ilk ayın gəlməsinə işarədir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.