Bu ilk dəfə baş verir! Cazibə qüvvəsi azalır

05 Ekim 2014
1 236
0
Bu ilk dəfə baş verir! Cazibə qüvvəsi azalır
Bu ilk dəfə baş verir! Cazibə qüvvəsi azalır

Peyklərdən əldə edilən yeni görüntülər, Qərb Antarktikada yaşanan buzlaq əriməsinin çox ciddi bir səviyyəyə çatdığını göstərdi. Buzlaq itkisi artdıqca, Dünyanın qravitasiya qüvvəsinin də azaldığı bildirilir.

Geophysical Research Letters jurnalında yayımlanan araşdırmaya görə, Qərb Antarktikada yaşanan buzlaq itkisi, Dünyanın bu bölgədəki qravitasiya qüvvəsinin azalmasına səbəb olub. Buzlaqların əriməsi, Qərb Antarktikada kosmosdan dəqiq bir şəkildə görülən bir kütlə itkisinə səbəb olur, bu azalma cazibə qüvvəsini də zəiflətdi.

Qərb Antarktikanın qravitasiya haqqındakı məlumatlar, Avropa Kosmik Agentliyinin (ESA) GOCE peyki tərəfindən əldə edilib. Alimlər, tədqiqatıı Noyabr 2013 sona çatan peykin 2009-2012 illəri arasında əldə etdiyi məlumatları təhlil etdi. Alman, Hollandiyalı və ABŞ-lı tədqiqatçıların araşdırdığı məlumatlar, artan isti okean axıntıları səbəbindən buzlaq və buz laylarındakı ərimənin sürətləndiyini göstərib.

ESA-nın verdiyi məlumata görə, 2011 ilə 2014 illəri arasında Antarktikadakı illik buzlaq itkisinin 125 kub kilometr olduğunu müəyyən edib. Qərb Antarktikanın isə 2009-2012 illəri arasında itirdiyi buzlaq miqdarının 230 milyard ton olduğu təxmin edilir.

Almaniya jeodezik Tədqiqat İnstitutundan Johannes Bouma-ın rəhbərliyi etdiyi tədqiqat qrupu, NASA və Almaniyanın həyata keçirdiyi Grace vəzifəsini icra etdiyi məlumatlardan da istifadə edərək Antarktikanın
ümumi buzlaq itkisini təyin etməyə çalışacaq.


EdiT By:Mrs.bLacK
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.